"Neftçi”nin braziliyalı hücumçusu Ramon Maçado ölkəsinin mətbuatına açıqlama verib.
Sportarena.az xəbər verir ki, o, Bakı klubuna böyük nikbinliklə gəldiyini və işlərinin yaxşı getdiyini deyib: “Neftçi”də uğurlu başlanğıc etmək məni həm sevindirir, həm də təəccübləndirir. Çempion komandaya gəldiyimin fərqindəyəm. Hələlik yaxşı dönəmdə deyilik. Buna baxmayaraq, qollar vurduğum üçün xoşbəxtəm”.
O bildirib ki, Premyer Liqanın turnir cədvəlində istədikləri yerdə olmasalar da, yenidən liderliyə yüksəlmək niyyətindədirlər: "Komandanın irəliləməsi və çempionluq uğrunda mübarizə aparması üçün daha çox qol vurmaq istəyirəm".
Qeyd edək ki, "Neftçi" sentyabrın 1-də R. Maçado ilə bu mövsümün sonunadək müqavilə imzalayıb. O, yeni klubunda 8 oyunda 3 qol vurub.