Erməni şahmatçı Levon Aronyan təxribatçı paylaşım edib.
Sportarena.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, özünün “feysbuk” səhifəsindəki paylaşımında Hindistanın Kəlküttə şəhərində keçirilən yarışdakı qələbəsini Qarabağdakı müharibədə ölən ermənilərə həsr etdiyini yazıb:
“Zəfərimi Ermənistana, bütün soydaşlarıma, Artsax və Ermənistan uğrunda döyüşən, yaralanan və həlak olan həmvətənlərimə həsr edirəm”.