Xorvatiya millisinin sabiq futbolçusu məşqçiliyə başlayıb

23:21 23 Noyabr 2021

Xorvatiya milli komandasının sabiq futbolçusu Mario Mancukiç məşqçiliyə başlayıb.

 

Sportarena.az xəbər verir ki, keçmiş hücumçu yığmanın baş məşqçisi Zlatko Daliçin köməkçisi olacaq. Bu barədə Xorvatiya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, Xorvatiya millisinin keçmiş üzvü futbolçu karyerasını sentyabrın əvvəlində başa vurub. O, karyerası ərzində “Volfsburq”, “Bayern”, “Yuventus”, “Atletiko” kimi klublarda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti