Xavi "Əl Sədd"in futbolçusunu "Barselona"da görmək istəyir

00:43 24 Noyabr 2021

“Barselona” qış transfer pəncərəsində heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.

Kataloniya təmsilçisi baş məşqçisi Xavi sabiq klubu “Əl Sədd”dən Bağdad Bunedjanı heyətə cəlb etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xavi keçmiş futbolçusunu “Barselona”ya gətirərək, hücum xəttindəki problemi həll etməyi düşünür.

 

Qeyd edək ki, Bunedja bu mövsüm “Əl Sədd”lə 20 oyunda 17 qol vurub. 29 yaşlı hücumçunun “transfermarkt”da dəyəri 6 milyon avrodur.


Xəbər xətti