İspaniya millisinin baş məşqçisi Luis Enrike “Mançester Yunayted”i çalışdırmaq fürsətindən imtina edib.
Sportarena.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb. Enrikenin İspaniya millisi ilə dünya çempionatına getmək istədiyi üçün “Mançester Yunayted”lə danışıqlar aparmadığı vurğulanıb.
Qeyd edək ki, "Mançester Yunayted" sabiq baş məşqşisi Ole Qunnar Sulşeri noyabrın 21-i istefaya göndərib.