"Mahir Emrelini mühakimə etmək çətindir" - "Legiya"nın sabiq futbolçusu

Sportarena.az      25 Noyabr 2021 , 11:01

"Komandanın oyununda sabitlik çatmır. Bundan başqa, heyətə cəlb olunan futbolçular nəyisə dəyişə bilmirlər".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Polşa "Legiya"sının sabiq futbolçusu Stanko Svitlitsa komandanın cari mövsüm Ekstraklasadakı uğursuz çıxışı və yeni transferləri barədə "Sport.pl" saytına müsahibəsində deyib.

 

Veteran oyunçu Varşava təmsilçisinin yayda heyətinə qatdığı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışına da toxunub: "Emreli pis futbolçu deyil. Avrokubokların təsnifat mərhələsində, həmçinin Avropa Liqasının qrupunda İngiltərə "Lester"inə qol vurub. Ona görə də bu futbolçunu mühakimə etmək çətindir".

 

"Legiya" Polşa çempionatında 9 xalla 18 komanda arasında 17-ci sırada qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin