"Bavariya"nın hücumçusu Erik Çupo-Motinq koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, 32 yaşlı futbolçu karantinə alınıb.
Kamerunlu forvardın durumunun yaxşı olduğu bildirilib. Münhen təmsilçisində bir neçə gün öncə Erik Çupo-Motinqlə yanaşı, Serj Qnabri, Camal Musiala və Mikael Kyuizans koronavirusa yoluxan şəxslə təmasda olduqları üçün karantinə alınmışdılar.