Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı qolu müəyyənləşib.
Sportarena.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermədə "Liverpul"un yarımmüdafiəçisi Tiaqo Alkantaranın "Portu"ya vurduğu qol ən yaxşı seçilib.
"Bavariya"nın hücumçusu Robert Levandovskinin Kiyev "Dinamo"suna vurduğu qol 2-ci, "Yanq Boyz"un müdafiəçisi Silvana Heftinin "Atalanta"ya qolu 3-cü, Lissabon "Sportinq"indən Pedro Qonçalvesin "Borussiya"ya vurduğu qol isə 4-cü olub.