Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin rəmzi komandası müəyyənləşib.
Sportarena.az xəbər verir ki, ən yaxşı 11 futbolçu arasında “Real” (İspaniya), “Çelsi” (İngiltərə), “Leyptsiq” (Almaniya) və “Sportinq”dən (Portuqaliya) hərəyə 2 oyunçu yer alıb.
Qapıçı: Tibo Kurtua ("Real", İspaniya);
Müdafiəçilər: Ris Ceyms, Nataniel Çaloba (hər ikisi "Çelsi", İngiltərə), Nikolas Otamendi ("Benfika", Portuqaliya), David Alaba ("Real", İspaniya), Pedro Porro ("Sportinq", Portuqaliya);
Yarımmüdafiəçilər: Emil Forsberq, Kristofer Nkunku (hər ikisi "Leyptsiq", Almaniya), Tyaqo Alkantara ("Liverpul", İngiltərə), Pedro Qonsalves ("Sportinq", Portuqaliya);
Hücumçu: Edin Dzeko ("İnter", İtaliya)