Tanınmış idman jurnalisti, statistik Rasim Mövsümzadə 2021/22 mövsümündə avrokubok iştirakçılarının öz vəzifəsində uzun müddət işləyən məşqçilərin siyahısını tərtib edib.
Sportarena.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu göstəricidə bütün məşqçiləri qabaqlayaraq birinci yeri tutur. 49 yaşlı mütəxəssis 2008-ci ildən, 13 ildir Ağdam təmsilçisini çalışdırır.
Qurban Qurbanov (“Qarabağ”) - 2008-ci ildən
Diyeqo Simeone (“Atletiko” Madrid) - 2011
Yürgen Klopp (“Liverpul”) - 2015
Can Pyero Qasperini (“Atalanta”) - 2016
Pep Qvardiola (“Mançester Siti”) - 2016
Serxio Konceysau (“Portu”) - 2017
Ante Şimundja (“Mura”) - 2017
Petr Rada (“Yablonets”) - 2017
Fatih Terim (“Qalatasaray”) - 2017
Yindrix Trpişovsi (“Slaviya” Praqa) - 2017
Erik ten Haq (“Ayaks”) - 2017