“Barselona”nın azarkeş qrupuna polis basqını – 14 nəfər saxlanıldı

11:37 26 Noyabr 2021

“Barselona” klubunun azarkeş qrupu olan “Boyşos Nois”in bir neçə üzvü polis tərəfindən saxlanılıb. Bu barədə Kataloniya polisi məlumat yayıb.
 
Azarkeş qrupunun 14 üzvü saxlanılıb. Onların evində aparılan araşdırma nəticəsində müxtəlif növlü silahlar, 1 kiloqram kokain, 5 mindən çox çətənə kolu və 300 min avrodan çox pul tapılıb. Bundan əlavə, 20-dən çox bank hesabı bağlanıb, 27 avtomobilə isə həbs qoyulub.
 
Fanatlar narkotik ticarətində, “çirkli pullar”ın yuyulmasında, təhdid və zorakılıqda ittiham olunur.
 
“Boyşos Nois” azarkeş qrupu 1981-ci ildə yaradılıb. Bundan əvvəl bir neçə dəfə də qrupun üzvləri saxlanılıblar. “Boyşos Nois”in 5 üzvü 1991-ci ildə, 20 yaşlı “Espanyol” azarkeşini öldürməkdə ittiham olunaraq, həbs edilib.


Digər xəbərlər

Xəbər xətti