Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Voleybol Federasiyasının (AVF) hesabat-seçki konfransı keçirilib.
Sportarena.az xəbər verir ki, əvvəlcə AVF-nin hesabatı dinlənilib. Federasiya prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib.
Ardınca federasiya rəhbərliyinə seçkilər keçirilib. C.Qurbanov yenidən federasiyanın prezidenti, Faiq Qarayev I vitse-prezident, Cəlil Cəfərov və Əbülfəz Hüseynov vitse-prezident, Nicat Quliyev və Kamal Hüseynli AVF İdarə Heyətinə üzv seçiliblər.
Konfransda həmçinin federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq qəbul edilib.