Klublararası dünya çempionatının daha bir iştirakçısı məlum olub.
Sportarena.az xəbər verir ki, “Palmeyras” Libertadores kubokunun finalında “Flamenqo”ya 2:1 hesabı ilə qalib gələrək, turnirdə iştirak hüququ qazanıb.
Klublararası dünya çempionatı 2022-ci ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.
Turnirdə “Palmeyras”la yanaşı, “Çelsi” (İngiltərə), “Əl Hilal” (Səudiyyə Ərəbistanı), “Əl Əhli” (Misir), “Monterrey” (Meksika), “Oklend” (Yeni Zelandiya) və “Əl-Cəzirə” (BƏƏ) klubları çıxış edəcək.