"Qalatasaray"ın sabiq prezidenti vəfat etdi

01:01 29 Noyabr 2021

"Qalatasaray"ın sabiq prezidenti Mustafa Cengiz vəfat edib.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 72 yaşlı funksioner uzun sürən xəstəlikdən dünyasını dəyişib.

 

Qeyd edək ki, M.Cengiz 2018-ci ildən bu ilin iyun ayına qədər "Qalatasaray"a rəhbərlik edib. Bu müddət ərzində İstanbul təmsilçisi iki dəfə Superliqanı, 1 dəfə Türkiyə kubokunu və 1 dəfə Türkiyə Superkubokunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti