AFFA rəsmisi "Zenit" - "Çelsi" oyununa təyinat alıb

15:15 29 Noyabr 2021

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov növbəti dəfə təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsində Rusiyanın “Zenit” və İngiltərənin "Çelsi" komandaları arasında VI tur oyununda UEFA nümayəndəsi olacaq.

 

Qarşılaşma dekabrın 8-ə Sankt-Peterburq şəhərindəki “Gazprom Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti