"Bazel"in prezidenti: "Qarabağ"a qarşı finala bərabər matçımız var"

09:22 2 Dekabr 2021

Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bazel"in prezidenti Reto Baumqartner komandasının çıxışını dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, klub rəhbəri avrokubokdakı uğurlu çıxışın baş məşqçi Patrik Rahmenlə bağlı olduğunu bildirib:

 

"Çempionat və avrokubokdakı hazırkı vəziyyəti bizim üçün uğurlu hesab etmək olar. Bu ay keçirəcəyimiz 5 matçın hamısı finala bərabərdir. Rahmen klubdakı hamı kimi çox iddialıdır. Düşünürəm ki, düzgün yoldayıq. Ancaq mükəmməl demək üçün mütləq kubok qazanmalıyıq. İlin sonunadək çempionatda dörd, Konfrans Liqasında isə "Qarabağ"a qarşı finala bərabər matçımız var. Həmin görüşlərdə də uğurlu nəticə qazanmaq niyyətindəyik".

 

"Bazel" - "Qarabağ" oyunu dekabrın 9-da keçiriləcək. Hər iki komanda H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib.


Digər xəbərlər

Xəbər xətti