"Qəbələ" beynəlxalq turnirə yollanır

11:10 2 Dekabr 2021

"Qəbələ"nin 16 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək.

 

Sportarena.az xəbər verir ki, Tbilisi "Dinamo"sunun təşkilatçılığı ilə keçiriləcək yarışda meydan sahibləri ilə yanaşı, Litvadan "Ateitis", Latviyadan "Riqa" və "Qəbələ" çıxış edəcək.

 

Reqlamentə əsasən, komandalar dairəvi sistemlə bütün rəqiblərlə üz-üzə gələcək. İlk iki yeri tutanlar final, digərləri üçüncü yer uğrunda oyuna vəsiqə qazanacaq. Turnirin təqvimi aşağıdakı kimidir:


03.12.2021

17.00 "Dinamo" - "Ateitis"
18.45 "Qəbələ" - "Riqa"

 

04.12.2021

10.00 "Riqa" - "Dinamo"
11.45 "Qəbələ" - "Ateitis"
17.00 "Ateitis" - "Riqa"
18.45 "Dinamo" - "Qəbələ"

 

05.12.2021

11.00 Üçüncü yer uğrunda oyun
13.00 Final oyunu

 

Komanda baş məşqçi Sərdar Qafarovun rəhbərliyi altında 18 futbolçu ilə səfərə yola düşəcək. 3 futbolçu milli komandanın tərkibində BƏƏ-də təlim-məşq toplanışında olduqlarına görə heytədə yer almayıb.


Digər xəbərlər

Xəbər xətti