İtaliya çempionatı: "Milan" və "İnter" qələbə qazandı, "Napoli" xal itirdi

11:40 2 Dekabr 2021

İtaliya A seriyasında 15-ci turun oyunları davam edir.

Növbəti oyun günündə daha 4 görüş keçirilib.

 

Lider “Napoli” “Sassuolo”nun qonağı olub və xal itirib. “Milan” isə səfərdə “Cenoa”nı böyük hesabla məğlub etməklə liderlə xal fərqini azaldıb. Son çempion “İnter” doğma meydanda “Spetsiya”nı məğlub edib. “Roma” isə “Bolonya” ilə səfər oyununda məğlub olub. 

"Bolonya" – "Roma" - 1:0

Qol: Svanberq, 35.

"İnter" – "Spetsiya" - 2:0
Qol:
 Qalyardini, 36. L.Martines, 58-pen.

"Cenoa" – "Milan" - 0:3
Qol:
 İbrahimoviç, 10. Messias, 45+2; 61.

"Sassuolo" – "Napoli" - 2:2
Qol:
 Skamakka, 72. Ferrari, 89 – F.Ruis, 51. Mertens, 60.


Digər xəbərlər

Xəbər xətti