"Barselona" sabiq baş məşqçisinə 4 milyon avro təzminat ödəyəcək

12:05 2 Dekabr 2021

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyenə ödəyəcəyi təzminatın məbləği bəlli olub.

Bu barədə "Cadena Ser" məlumat yayıb. Klub vaxtından əvvəl istefaya göndərdiyi 63 yaşlı mütəxəssisə 4 milyon avro ödəyəcək. Bu da "Barselona"ya dekabrın 20-nə planlaşdırılan pulun ödənilməsi məsələsi ilə bağlı məhkəmə prosesindən yayınmağa imkan verəcək.

 

Daha əvvəl isə bildirilmişdi ki, Setyen məhkəmədə qələbə qazanacağı təqdirdə klubdan 14 milyon avro ala bilər.

Qeyd edək ki, Kike Setyen 2020-ci ildə "Barselona"ya baş məşqçilik edib.


Digər xəbərlər

Xəbər xətti