Venesuela millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu posta Xose Nestor Pekerman təyin olunub. 72 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalanıb.
Argentinalı baş məşqçinin yığmanın sükanı arxasında debütü 2022-ci il yanvarın 27-nə təsadüf edəcək. Həmin tarixdə Venesuela millisi Boliviyaya qarşı dünya çempionatının seçmə oyununa çıxacaq.