Türkiyə Kubokunda maraqlı hadisə: Hücumçu 2 dəfə qapıya keçdi

11:26 3 Dekabr 2021

Futbol üzrə Türkiyə Kubokunun 4-cü mərhələsində maraqlı hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, "Hatayspor" - "Eyüpspor" matçında meydan sahiblərinin hücumçusu Mame Diuf iki dəfə qapıya keçib.

 

Qarşılaşmanın 90+4-cü dəqiqəsində "Hatayspor"un qapıçısı Abdullah Yigiter qırmızı vərəqə alaraq meydandan qovulub. Super Liqa klubu 5 dəyişiklikdən də istifadə etdiyi üçün hücumçu Mame Diuf qapını qoruyub.

 

Matç 1:1 hesablı bərabərliklə bitdiyi üçün əlavə vaxta ehtiyac duyulub. Burada əlavə dəyişikliklik hüququndan istifadə edən "Hatayspor"un baş məşqçisi Ömər Ərdoğan ikinci qapıçı Yavuz Buğra Boyarı meydana buraxıb. Lakin o da 120-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu dəfə də Mame Diuf qapıya keçib.

 

Penaltilər seriyasında isə "Hatayspor" daha dəqiq olaraq adını növbəti mərhələyə yazdırıb. Hataylıların ilk penaltisini də qapıçı funksiyasını yerinə yetirən Diuf vurub. O, zərbəni qola çevirməyi bacarıb.


Digər xəbərlər

Xəbər xətti