Kriştiano Ronaldo karyerasında vurduğu qolların sayı 800-ü keçdi

Sportarena.az      3 Dekabr 2021 , 11:31

İngiltərə Premyer Liqasının XIV turunda "Arsenal"la oyun "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Sportarena.az xəbər verir ki, görüşdə dubl edən 36 yaşlı hücumçu karyerasında 800 və 801-ci qollarına imza atıb. Daha əvvəl heç kim belə nəticə əldə etməyib.

Ronaldo “Mançester Yunayted”də 129 (307 oyun), "Real"da 450 (438 oyun), "Yuventus"da 101 (134 oyun) və “Sportinq”də 5 qol (31 oyun) vurub. O, millidə keçirdiyi 184 matçda 115 dəfə fərqlənib.

Ötən gün "Mançester Yunayted" 3:2 hesablı qələbə qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin