UEFA "Qarabağ"a vurulan qolu səsverməyə çıxardı

11:45 3 Dekabr 2021

Avropa Konfrans Liqasının rəsmi instaqram səhifəsində qrup mərhələsinin 5-ci turunda vurulmuş 2 qolla bağlı sorğu keçirilir.

 

Sportarena.az xəbər verir ki, sorğu səhifənin hekayə bölümündə aparılır. "Omoniya"nın yarımmüdafiəçisi Jordi Qomesin Bakıda "Qarabağ"ın qapısına vurduğu qol və Kiprin digər təmsilçisi "Anortosis"in oyunçusu Lazaros Kristodolopulosun "Gent"ə vurduğu qol səsverməyə çıxarılıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" qaerşılaşması 2:2 hesablı bərabərliklə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti