"Qalatasaray" futbolçusu Kerem Aktürkoğlu ilə müqaviləni uzadıb.
23 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2026-cı iıim yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2020-ci ildən İstanbul təmsilçisində çıxış edir. O, bu müddətdə 54 rəsmi oyunda 12 qol vurub, 8 qol ötürməsi edib.