“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo şəxsi tvitter səhifəsində komandaya qısa müddət rəhbərlik etmiş Maykl Kerrik haqda yazıb.
Sportarena.az xəbər verir ki, portuqaliyalı ulduz Ule-Qunner Sulşerin gedişindən sonra komandada baş məşqçi əvəzi kimi çalışan şotlandiyalı mütəxəssislə bunları yazaraq sağollaşıb:
"Maykl Karrik əla futbolçu idi. Əla da məşqçi ola bilər. Bu oğlan üçün mümkünsüz heç nə yoxdu. Kerriklə birlikdə oynadığıma görə fəxr edirəm. Bununla yanaşı onun rəhbərliyi altında oyuna çıxmaq da xoşdu".
36 yaşlı futbolçu dünən İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində “Arsenal”la(3:2) görüşdə dubl edərək karyerası ərzində 800 və 801-ci qollarını vurub.