Dünya Güləş Birliyi daha bir güləşçimizə pul ayırdı

Sportarena.az      4 Dekabr 2021 , 14:21
Azərbaycanın daha bir güləşçisi Dünya Güləş Birliyindən (UWW) pul mükafatı alıb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 
 
Belə ki, 50 kq çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Mariya Stadnikə 3000 ABŞ dolları ayrılıb. 2 qat dünya və 8 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 60 xalla dünya reytinqində 3-cü olduğundan, bu mükafata layiq görülüb.
 
Bu çəki dərəcəsində ilk pillədə ABŞ təmsilçisi Sara Hilderbrandt (82 xal) qərarlaşıb. İkinci sıranı isə yaponiyalı Yui Susaki (68 xal) tutur.
 
Xatırladaq ki, UWW bundan öncə Azərbaycanın daha beş güləşçisinə pul mükafatı ayırmışdı. Belə ki, sərbəst güləşçimiz Osman Nurməhəmmədov (92 kq) 3000 ABŞ dolları, yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) isə 10000 dollar mükafat əldə edib. Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sənan Süleymanov (77 kq) da üçüncü olduğu üçün, 3000 dollar mükafat əldə edib.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin