"Legiya"nın baş məşqçisi: "Mahirin problemi beynindədi"

15:00 4 Dekabr 2021

Polşanın "Legiya" klubunun baş məşqçisi Marek Qolebiyevski Mahir Emreli haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, 41 yaşlı mütəxəssis komandanın hücumçularının probleminin beyinlərində olduğunu bildirib. O, Emreli və Pexartın hər vəziyyətdən yararlanmalı olduğunu deyib:

 

"Mahir Emreli və Tomaş Pexartın problemi beyinlərindədir, çünki çox düşünürlər. Onlarla danışıram, suallar verirəm. Hücumçunun beyni həmişə təmiz olmalıdır. Nəyin bahasına olursa olsun, qol vurmalı olduğunu düşünməkdənsə, hər vəziyyətdən yararlanmağa çalışmalıdır. Ümid edirəm ki, bu dəyişəcək".


Xəbər xətti