"Qəbələ" yenidən 2-ci pilləyə yüksəldi, "Neftçi" "Sumqayıt"ı məğlub edə bilmədi

00:03 6 Dekabr 2021

Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.

Son oyun günündə iki görüş keçirilib. "Neftçi" öz meydanında "Sumqayıt"la qarşılaşıb. Oyun qolsuz bəraəbliklə başa çatıb.

 

Günün digər matçında isə 22 xalla 2-ci və 3-cü pillələri bölüşən "Zirə" ilə "Qəbələ" qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da xallarını 25-ə çatdıran "qırmızı-qaralar" 2-ci pilləni ələ keçirib.

 

5 dekabr (bazar)

18:15. “Zirə” – “Qəbələ” - 1:2 

Qollar: Urfan Abbasov, 32 (0:1), Rövlan Muradov, 40 (0:2), David Volkov, 45+4 (1:2)

Qırmızı vərəqə: Omar Hani, 86 ("Qəbələ")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu

16:00. “Neftçi” – “Sumqayıt” - 0:0 
Hakimlə
r: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Tural Qurbanov
“Bakcell Arena”

 4 dekabr

Qarabağ” – “Sabah” - 5:1 

“Keşlə” – “Səbail” - 2:2


Xəbər xətti