Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Namik Ələskərovun komandası “Bursaspor” növbəti matçına çıxıb.
Bu komanda səfərdə “Dənizlispor”la qarşılaşıb.
Ələsgərovun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib. Bursalıların 40-cı dəqiqədə vurduğu ikinci qolun müəllifi də məhz Ələskərov olub.