Braziliyanın “Palmeyras” klubu futbolçusu Felipe Melo ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib. Melo 2017-ci ildən “Palmeyras”da çıxış edirdi.
Qeyd edək ki, braziliyalı futbolçu karyerası ərzində ölkəsində “Flamenqo”, “Qremio”, “Kruzeyro”, İtaliyada “Fiorentina”, “Yuventus”, “İnter”, Türkiyədə “Qalatasaray”, İspaniyada “Malyorka”, “Rasinq”, “Almeriya” kimi klublarda da oynayıb.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin