“Səbail”in heç-heçəsiz oyunlar seriyası qırılıb.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, Bakı klubu ilk sülhə 13-cü turda imza atıb. Bu, paytaxt təmsilçisinin “Keşlə” ilə səfər matçına təsadüf edib – 2:2.
Bu, ölkə çempionatları tarixində 27-ci belə hadisədir ki, komandalardan biri ilk 12 turda heç-heçə etmir. Startdakı ən uzun seriya “Neftçi”yə məxsusdur. Bakılılar 1992-ci ildə ilk heç-heçəsini 29-cu görüşdə edib. “Şəfa” isə 1997/98 mövsümündə ümumiyyətlə sülhə imza atmayıb. Paytaxt klubu 26 matç keçirib.
“Keşlə” ilə səfər bərabərliyi “Səbail” üçün iki yubileylə əlamətdar olub. Komanda Premyer Liqada 25-ci heç-heçəsini edib. Camal Araqonun uzatma dəqiqələrindəki qolu “Səbail”in Premyer Liqada 50-ci səfər topudur.