Mahir Emrelinin çıxış etdiyi "Legiya" yenə uduzdu - VİDEO

12:01 6 Dekabr 2021

Millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi "Legiya" Polşa çempionatında növbəti matçını keçirib.

Sportarena.az xəbər verir ki, Varşava klubu 17-ci tur səfərdə "Krakov"la qarşılaşıb.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan Mahir 59-cu dəqiqədə əvəzlənib.

"Legiya" hazırda turnir cədvəlində 12 xalla 16-cıdı.

"Krakov" - "Legiya" - 1:0
Qol: Van Amersfot, 20

 


Xəbər xətti