Qurban Qurbanov: "Bazelə qələbə üçün gedirik"

Sportarena.az      6 Dekabr 2021 , 21:08

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda "Bazel”lə keçiriləcək səfər oyunu öncəsi fikirlərini böülüşüb.

 

Sportarena.az xəbər verir ki, o, Bizim.Media-ya açıqlamasında komandanın oyuna hazırılığından və əhval-ruhiyyəsindən danışıb. 

 

"Sonuncu oyunumuzdur. Bu, qrupun ən güclü komandasıdır. Həqiqətən istəyirik ki, bu komandaya qarşı çox düzgün futbol oynayaq. Baxmayaraq ki, onlar öz meydanlarında oynayırlar, biz ora qələbə üçün gedirik. Geridə qalan oyunlar bizə çox böyük təcrübə verdi. Futbolçularıma çox güvənirəm. Daima hücum futboluna çalışırıq. Bizim son vaxtlar bütün düşüncəmiz, fəlsəfəmiz də budur. Heyətdə 1-2 dəyişiklik ola bilər. Ancaq böyük dəyişiklik gözlənilmir".

 

Qeyd edək ki, “Bazel” – “Qarabağ” oyunu dekabrın 9-da keçiriləcək. Hər iki komanda H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin