"Qəbələ"nin U-16 komandası Tiflisdə dördüncü oldu

01:55 7 Dekabr 2021

"Qəbələ"nin U-16 komandası Tbilisi səfərini başa çatdırıb.

Yarışın dairəvi sistemlə keçirilən birinci hissəsində 3-cü yeri tutan "Qəbələ" sonuncu olmuş Litvanın "Ateitis" klubu ilə bürünc medallar uğrunda oyuna çıxdı. Çoxsaylı qol imkanlarından yalnız ikisini reallaşdıran "Qəbələ" yekunda meydandan məğlub ayrılıblar - 2:3

 

Əsas vaxtı 2:2 hesabı ilə başa çatan final matçında "Riqa"ya (Latviya) penalti seriyasında qalib gələn yerli "Dinamo" çempion adını qazanıb.

"Qəbələ"dən Qədir Ramazanov turnirin ən yaxşı yarımmüdafiəçisi seçilib.

Turnirdən sonra kollektiv Tbilisi şəhəri ilə tanış olub, mərhum prezidentimiz Heydər Əliyevin abidəsini ziyarət edib.


Digər xəbərlər

Xəbər xətti