Türkiyə I Liqasında 15-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal isgəndərlinin şərəfini qoruduğu "Ankara Keçiörengücü" səfərdə "Menemenspor"un qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Vüsal da bu görüşün iştirakçısı olub. 26 yaşlı vinger 60-cı dəqiqədə İssa Cibrillanın əvəzəinə meydana daxil olub.
14 xal toplayan "Ankara Keçiörengücü" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.