UEFA “Qarabağ”ın hücumçusunu fərqləndirdi

Sportarena.az      7 Dekabr 2021 , 16:59

UEFA Konfrans Liqasında çıxış edən klubların 4 futbolçusu fərqləndirilib.

Sportarena.az turnirin “tvitter” hesabına istinadən xəbər verir ki, fərqləndirilən oyunçular arasında “Qarabağ”ın hücumçusu İbrahima Vadji də var.

UEFA-nın “bu həftəsonu sizi ən çox hansı hücumçu təsirləndirib” sualı ünvanlandığı postda Vadji ilə yanaşı, Niderlandın “Alkmaar” klubundan Yesper Karlsson, “Feyenoord”dan Brayan Linssen və Fransanın “Renn” komandasından Marten Terye də yer alıb.

​İbrahima Vadji Premyer Liqada “Qarabağ”ın “Sabah”a 5:1 hesabı ilə qalib gəldiyi matçda dubl edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin