"Qalatasaray"ın baş məşqçisi Fatih Terim xəstəxanaya yerləşdirilib.
Sportarena.az xəbər verir ki, buna səbəb 68 yaşlı mütəxəssisin belində yırtıq olmasıdır. Təcrübəli çalışdırıcının müalicəsinə başlanılıb. Onun durumunun ciddi olmadığı bildirilir.
Qeyd edək ki, "Qalatasaray" dekabrın 9-u Avropa Liqası qrup mərhələsinin son turu çərçivəsində Romada "Latsio"nun qonağı olacaq.