İtaliya A Seriyasında noyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, "İnter"in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu ötən ayın ən yaxşısı seçilib. 27 yaşlı futbolçuya mükafat 9 dekabr tarixində baş tutacaq "İnter" - "Kalyari" matçından öncə təqdim olunacaq.
Qeyd edək ki, Hakan Çalhanoğlu noyabr ayında İtaliya çempionatında 3 oyun keçirib və 3 qol, 1 asistlə yadda qalıb.