Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda bu gecə keçirilməli olan "Tottenhem" - "Renn" oyunu ləğv edilib.
Sportarena.az London klubun rəsmi saytına istinadən xəbər verir ki, buna meydan sahiblərinin heyətində koronavirusa kütləvi yoluxma halı səbəb olub.
Klubda 6 nəfərin COVID-19 testi müsbət çıxdığından UEFA matçın oynanılmamasına qərar verib.
Qeyd edək ki, "Renn" 5 turdan sonra 11 xalla 1-ci, "Tottenhem" isə 7 xalla 2-cidir.