Çempionlar Liqasından Avroliqaya "düşən" 7 komanda

11:18 9 Dekabr 2021

Çempionlar Liqasında qrupda üçüncü yeri tutmaqla Avropa Liqasının pley-off mərhələsində oynayacaq 8 komandadan 7-si məlum olub.

"Barselona" (İspaniya) "Borussiya" (Dortmund, Almaniya), "Zenit" (Rusiya), "Portu" (Portuqaliya), "Leyptsiq" (Almaniya), "Sevilya" (İspaniya) və "Şerif" (Moldova) "pley-off"da oynamaq hüququ əldə edib. ÇL xətti ilə bu mərhələdə mübarizə sonuncu - 8-ci iştirakçı isə bu gün keçiriləcək "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) oyunundan sonra müəyyənləşəcək.

 

Qeyd edək ki, hazırda "Atalanta" 7 xalla 2-ci, "Vilyarreal" isə 6 xalla 3-ce yeri tutur.

Əlavə edək ki, Avropa Liqasının pley-off mərhələsində ÇL xətti ilə oynayacaq qrup üçüncüləri püşkatmada "səpələnməmişlər" səbətində yer alacaqlar. Onlar AL-də qrup ikinciləri ilə qarşılaşacaqlar. İki oyundan ibarət cütlüyün qalibləri 1/8 finalda oynamaq hüququ qazanacaqlar.

"Pley-off"un püşkatması dekabrın 13-də, oyunları isə 17 fevral və 24 fevralda olacaq.


Digər xəbərlər

Xəbər xətti