"Beşiktaş" baş məşqçisi Sergen Yalçınla yolları ayırıb.
İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Cebi ilə türk mütəxəssis arasında görüş zamanı bu qərar verilib. Komandanın müvəqqəti olaraq aşağı yaş qrupların məşqçisi Önder Karavelinin çalışdıracağı gözlənilir.
Qeyd edək ki, S. Yalçın 2020-ci ilin yayından "Beşiktaş"ı çalışdırırdı. Komanda onun rəhbərliyi altında 2020/2021 mövsümündə Türkiyə Superliqasının qalibi olub. "Qara qartallar" bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində xal toplaya bilməyib və avrokuboklarla vidalaşıb.