“Barselona” son 17 ildə ilk dəfə qrupdan çıxa bilmədi

14:33 9 Dekabr 2021

“Barselona” son 17 ildə ilk dəfə Çempionlar Liqasında qrup mərhələsini adlaya bilməyib.

Sportarena.az xəbər verir ki, komandanın ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Bavariya”ya uduzmasından (0:3) sonra kataloniyalılar bu mövsüm ÇL-i qrup üçüncüsü kimi başa vurub. Bununla da onlar Avropa Liqasının pley-off mərhələsinə düşüb.

 

“Barselona” tarixində son dəfə 17 il əvvəl Avropa Liqasının pley-off mərhələsində mübarizə aparıb. Klub bundan sonra ardıcıl 17 il Çempionlar Liqasının pley-off mərhələsinə çıxmağı bacarıb. Maraqlıdır ki, bu seriya Lionel Messinin “Barselona”da oynamasından sonra başlayıb və o, komandadan ayrıldıqdan sonra başa çatıb. 

Qeyd edək ki, Çempionlar Liqasında ən çox ardıcıl pley-off-a vəsiqə qazanan klub “Real”dır. Madrid təmsilçisi ardıcıl 25 mövsüm bu uğura imza atıb. 

Əlavə edək ki, “Barselona” heç vaxt Avroliqanı (əvvəlki UEFA Kuboku) qazanmayıb.


Digər xəbərlər

Xəbər xətti