Firdovsi Umudov hesabat-seçki konfransına niyə çağırılmadı?

Sportarena.az      9 Dekabr 2021 , 15:09

Xəbər verdiyimiz kimi, Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçirilib. Konfransa federasiyanın vitse-prezidenti Firdovsi Umudov dəvət olunmayıb.

Digər vitse-prezidentlər iclasa qatılsa da, Umudovun orada yer almaması maraq doğurub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev hesabat-seçki konfransında iştirak edənlərin Azərbaycan Güləş Federasiyası tərəfindən dəvət edildiyini bildirib.

Bununla bağlı Azərbaycan Güləş Federasiyasına müraciət etsək də, onlar suala cavab vermək istəmədiklərini bildirdilər. Maraqlıdır ki, federasiyada bundan öncə də keçirilən daxili iclaslarda Firdovsi Umudov dəvət olunmamışdı. Elə həmin vaxt da federasiya bununla bağlı heç bir mövqe ortaya qoymamışdı.

Dünən federasiyanın yeni prezidenti Mikayıl Cabbarova da Firdovsi Umudov barədə sual verilib. O isə cavabında hələlik şəxslər barədə danışmaq istəmədiyini bildirib. Federasiya rəhbəri güləşin inkişafı üçün bütün mütəxəssislərlə görüşəcəyini də sözlərinə əlavə edib. 

Qeyd edək ki, Firdovsi Umudov 2005-ci ildən yığma komandada çalışıb, 2007-2008-ci illərdə yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi, 2008-2016-cı illərdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi, 2016-2018-ci illərdə yığma komandanın baş məşqçisi olub. 2018-ci ilin yanvarından Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir. O, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib. Əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin