Almaniyanın “Bavariya” klubu Çempionlar Liqasının qrup mərhələsində “Barselona”nı məğlub edib – 3:0. Sözügedən oyunda qol vuran “Bavariya”nın hücumçusu Tomas Müller turnirin tarixinə düşüb.
“Barselona” ilə matçda fərqlənən Müller Çempionlar Liqasında 50-ci qolunu vurub. O, turnir tarixində bu qədər qol vurmağı bacaran ilk alman futbolçu olub.