Avroliqa matçından öncə “Lester Siti”də koronavirus şoku

16:41 9 Dekabr 2021

İngiltərənin “Lester Siti” klubunun bir neçə futbolçusu koronavirusa yoluxub. “Tülkülər”in heyətində virusa yoluxanların adları açıqlanmayıb.
 
Onlar infeksiya səbəbindən Avropa Liqasında “Napoli”yə qarşı keçiriləcək matçda iştirak etməyəcək.
 
İngiltərə mətbuatının xəbərinə görə, “Lester Siti”də Keleçi İheanaço, Adama Lukman və Ayose Peresdə koronavirus aşkarlanıb.
 
Bu gün keçiriləcək “Napoli” – “Lester Siti” matçı saat 21:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti