Dekabrın 9-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Stolüstü Tennis Federasiyasında olub.
Sportarena.az xəbər verir ki, federasiyanın fəaliyyəti ilə tanış olan nazir, idmançıların məşq proseslərini izləyib, onlarla söhbət edib və məşqçilərlə fikir mübadiləsi aparıb.
Federasiyanın vitse-prezidenti Fazil Məmmədov qarşıdakı yarışlar, hazırlıq və gələcək iş planı barədə məlumat verib. Yığma komanda üzvləri üçün yaradılmış şəraitlə tanışlıqdan sonra, Fərid Qayıbov bir sıra tövsiyələr verib və idmançılara uğurlar arzulayıb.
Federasiya üzvləri ilə görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.