Mahir Emrelinin çıxış etdiyi "Legiya" avrokuboklarla vidalaşdı

00:44 10 Dekabr 2021

Avropa Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, C qrupunda Mahir Emrelinin çıxış etdiyi "Legiya" doğma meydanda Moskva "Spartak"ını qəbul edib. Qarşılaşma Rusiya təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Mahir bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard matça start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.

 

6 xal toplayan "Legiya" qrupun sonuncusu olub və avrokuboklarda mübarizəni dayandırıb.

 

"Legiya" - "Spartak" 0:1

Qol: Zelimxan Bakaev, 17


Digər xəbərlər

Xəbər xətti