Hakimlər “Bazel”lə matçda “Qarabağ”ın təmiz qolunu saymadılar

01:00 10 Dekabr 2021

“Qarabağ” avrokuboklarda növbəti dəfə hakim haqsızlığı ilə üzləşib. Bu, Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçirilən “Bazel”lə səfər oyununa təsadüf edib.
 
Belə ki, İsveçrədəki matçın elə 1-ci dəqiqəsindəcə “Qarabağ”ın futbolçusu Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçsə də, görüşün baş hakimi qolu saymayıb.
 
UEFA bu oyunu Xorvatiyadan olan hakimlər briqadasına tapşırıb. Matçın baş hakimi Fran Yoviçdir. Ona yan xətt hakimləri Hrvoye Radiç və Luka Puşiç kömək edirlər.



Digər xəbərlər

Xəbər xətti