"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

02:56 10 Dekabr 2021

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda "Bazel" 0:3 hesabı ilə uduzaraq H qrupunu 2-ci pillədə başa vuran "Qarabağ"ın turnirin pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Ağdam təmsilçisi bu mərhələdə  “Seltik” (Şotlandiya), “Fənərbaxça”, (Türkiyə), "Lester" (İngiltərə), "Sparta" (Çexiya), PSV (Niderland), "Marsel" (Fransa), "Midtülland" (Danimarka) və  "Rapid" (Avstriya) kimi komandalardan biri ilə qarşılaşacaq.

 

16 komandanın iştirakı ilə keçiriləcək pley-offun püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. Bu zaman KL-in qrup 2-ciləri “səpələnmişlər”, AL-in qrup 3-cüləri isə “səpələnməmişlər” səbətində yer alacaqlar. KL-in qrup ikinciləri cavab görüşlərini evdə keçirəcəklər. 

Pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti