İtaliya çempionatı: “Yuventus”la “Milan” səfərdən 1 xalla döndü

09:31 12 Dekabr 2021

Futbol üzrə İtaliya A Seriyasında 17-ci turun oyunları keçirilir. Bu gün daha üç qarşılaşma baş tutub.
 
Lider “Milan” bu turda çətin “Udineze” səfərinə yollanıb və məğlubiyyətdən son anda qurtulub. “Yuventus” da “Venetsiya” ilə səfər oyununda xal itkisi ilə üzləşib.
 
“Fiorentina” isə doğma meydanda “Salernitana”nı 4 cavabsız qolla məğlub edib.
 
Son çempion “İnter” bu turda “Kalyari”nin müqavimətini qırmağa çalışacaq.
 
İtaliya A Seriyası
17-ci tur
10 dekabr
 
Cenoa – Sampdoriya 1:3
Qol: Destro, 78 – Qabbyadini, 7; 67. Kaputo, 49.
 
11 dekabr
 
Fiorentina – Salernitana 4:0
Qol: Bonaventura, 31. Vlahoviç, 51; 84. Maleh, 90.
 
Venetsiya – Yuventus 1:1
Qol: Aramu, 55 – Morata, 32.
 
Udineze – Milan 1:1
Qol: Beto, 17 – İbrahimoviç, 90+2.


Xəbər xətti